İran Aİ və Britaniyaya sanksiyalar tətbiq etdi- Siyahıda 23 şəxs, 9 təşkilat var
İran Böyük Britaniya və Avropa İttifaqından (Aİ) olan 9 təşkilat və 23 şəxsə sanksiya tətbiq edib.
Azpost.info xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, sanksiyalar Aİ ölkələri və Böyük Britaniyanın terrorizmi və terror qruplarını dəstəkləmək, İran xalqına qarşı zorakılığı, iğtişaşları, terror aktlarını təhrik etmək hərəkətlərinə cavab olaraq tətbiq edilib.
“Onların arasında “Radio Zamane”, “Radio Farda”, “Charlie Hebdo” jurnalı, Britaniya hərbi hava qüvvələrinin Menvis Hill bazası, Britaniya Hərbi Dəniz Qüvvələrinin yardımçı obyektləri, həmçinin Britaniya parlamentinin İranın Azadlığı Komitəsi var”, – nazirliyin məlumatında deyilir.