İran Aİ və Böyük Britaniyanı qınayıb


İran Avropa İttifaqı (Aİ) və Böyük Britaniyanın Tehranın Rusiyaya ballistik raket ötürməsi və İsrailə raket hücumlarına görə tətbiq etdiyi yeni sanksiyaları pisləyib və onları qanunsuz adlandırıb.



İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi verdiyi açıqlamada ölkəsinin Rusiyaya ballistik raket satdığına dair iddiaların doğru olmadığını, AB və İngiltərənin sanksiyalarını pislədiklərini bildirib.

İranın Rusiya ilə Ukrayna arasındakı müharibəyə qarşı olduğunu və problemin həlli üçün diplomatik həllə çağırdığını təkrarlayan Bekayi, müdafiə sahəsində Rusiya kimi digər ölkələrlə əməkdaşlığının üçüncü tərəflərə qarşı olmadığını müdafiə edib.

Bekayi AB və Böyük Britaniyanın İrana qarşı tətbiq etdiyi sanksiyaları ədalətsiz və qanunsuz adlandırıb və eyni ölkələrin Qəzza və Livanda soyqırım və müharibə cinayətləri törədən İsrailə silah dəstəyi verərək bu cinayətlərə şərik olduqlarını bildirib.

İranın sözçüsü bəyan edib ki, Aİ-nin İranın mülki aviasiya sektoruna qarşı sanksiyaları beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu