Nərmin Quliyevanın atasına müharibə veteranı adını kim verib? - FOTOFAKT


Tovuzda oğurlanıb qətlə yetirilmiş Nərmin Quliyevanın atası Şərif Quliyevlə bağlı yeni fakt yayılıb.


AFN.az xəbər verir ki, jurnalist Aytən Məmmədova ona müharibə veteranlığı verilməsi ilə bağlı sosial şəbəkədə paylaşım edib. Jurnalist həmçinin Şərif Quliyevin Qarabağ müharibəsində hərbi hissədən qaçdığını sübut edən sənədin fotosunu yayıb. "Necə olursa, 30 il keçir, "Nərmin olayı"ndan dərhal sonra atasına "Müharibə veteranı" adı və vəsiqəsi verilir. Müharibə vaxtı qaçan adam üçün "Müharibə veteranı" vəsiqəsini hadisədən sonda kimlər təşkil edib? Hansı xidmətlərinə görə? Niyə məhz bu hadisədən sonra?"
A.Məmmədova N.Quliyevanın oğurlandığı gün baş verənlərlə bağlı da fikir səsləndirib. "Şərif həmin gün axşam saat 6-da özü qardaşıgilə gedəcəkdi. Nə ehtiyac vardı ki, günorta qızını gödəkçəyə görə ora göndərirdi?" - deyə jurnalist sual edir: "Nərmin gəlib çıxmır, arxasınca ondan bir yaş böyük qızı Şəbnəmi göndərir. Şəbnəm də qayıdıb, xəbər verib ki, əmimgil deyir, bir saatdır Nərmin çıxıb gedib. Normalda ata neyləməlidir? Narahat olub qızını axtarmalıdır. Bu isə heç bir addım atmır, qızını axtarmır. Üstündən 3-4 saat keçəndən sonra axşam saat 6-da qardaşıgilə gedir (o qardaşı ki Nərmini gödəkçəyə görə onlara göndərmişdi), onlarla birlikdə qonşu kəndə qardaşı qızının toyaxşamına gedir. Orada yeyib-içirlər, axşam saat 8-9 radələrində geri qayıdırlar. Gecə təxminən 11 radələrində - iş-işdən keçəndən sonra polisə uşağın itkin düşdüyünü xəbər verirlər".
Qeyd edək ki, N.Quliyevanın oğurlanaraq qətlə yetirilməsində təqsirli bilinən Tovuz rayon Dondar Quşçu kənd sakini İlkin Süleymanova bu gün məhkəmənin hökmü ilə 18 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu