Nərminin nənəsi ziddiyətli ifadə verdi: Məhkəmə təxirə salındı


Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi ilə bağlı məhkəmə prosesi davam etdirilib.


APA xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda iş üzrə sənədlərin tədqiqi mərhələsi davam etdirilib.

Prosesdə Nərmin Quliyevanın nənəsi Minayə İsmayılovanın istintaqa verdiyi ifadə elan olunub.

Bu zaman şahidin ifadəsi ilə Nərmin Quliyevanın atası Şərif Quliyevin ifadəsi arasında ziddiyyətlər olduğu məlum olub. Minayə İsmayılova ifadəsində bildirib ki, Nərmin itkin düşən gün axşam saat 19 radələrində nəvəsi Şəbnəm onlara gələrək bacısını soruşub. Nərminin atası Şərif Quliyev isə ifadəsində deyib ki, Nərmin yoxa çıxan gün axşam saat 22 radələrində qayınanasıgilə gedib.

İlkin Süleymanovun vəkilləri Minayə İsmayılovavanın məhkəmədə dindirilməsini istəyiblər. Məhkəmə bununla bağlı vəsatətə sənədlərin tədqiqi mərhələsi başa çatdıqdan sonra baxılacağını elan edib.

Daha sonra cinayət işi üzrə məhkəmə araşdırmasının bir aylıq təxirə salındığı elan olunub. Bunun prosesə sədrlik edən hakimin məzuniyyətə çıxması ilə bağlı olduğu bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu