On iki gündür dövrə vuran qoyunların sirri açıldı - FOTOLAR


Çinin Baotou şəhərində çəkilmiş video bütün dünyada böyük əks-səda doğurub və qısa zamanda milyonlarla insan tərəfindən izlənilib. Fermada lentə alınan və sosial mediada yayılan videoda qoyun sürüsü 12 tam gün fasiləsiz dövrə vurur.


AFN.az xəbər verir ki, qoyunların bu müəmmalı hərəkəti ilə bağlı diqqətçəkən fikirlər irəli sürülüb.

Yalnız soyadı açıqlanan fermer Miao əvvəlcə bir neçə qoyunun dövrə vurmağa başladığını, sonra isə bütün sürünün bu hərəkətə qoşulduğunu bildirib.

Hər kəsi, xüsusən də çobanları şoka salan bu qəribə vəziyyətlə bağlı çoxlu fikirlər irəli sürülüb. Vəziyyətin bakterial xəstəlikdən qaynaqlandığı iddia edilsə də, heyvanların tamamilə sağlam olduğunun açıqlanması vəziyyətin sirrini daha da artırıb.

Qoyunların niyə 12 gündür dövrə vurması ilə bağlı müzakirələr böyüdükcə yeni bir nəzəriyyə diqqət çəkib. İngiltərədəki Hartpuri Universitetinin Kənd Təsərrüfatı Fakültəsindən professor Mett Bell Newsweek-ə açıqlama verərək qoyunların bu davranışı ilə bağlı elmi fikir irəli sürüb.

O, bildirib ki, qoyunlar uzun müddət eyni ərazidə qalıdığı üçün gərgindilər və eyni hərəkəti təkrarlayırlar: "Bəzi heyvanların daim dar bir sahədə sıxışdıqları üçün hirslənərək bunu edir və sürüdəki digər qoyunlar da onların arxasınca gedirlər".

Bir çox mütəxəssis qoyunların özlərini yırtıcılardan qorumaq üçün tez-tez birlikdə hərəkət etdiklərini və sürü psixologiyası kimi tanınan bu fenomenin Çindəki qəribə fenomeni qismən izah edə biləcəyinə diqqət çəkib.



Mənbə: Haber Global



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu