NASA-dan yeni KƏŞF: Yer boyda olan planetdə yaşamaq mümkün hesab edilir


NASA "Transition Exoplanet Survey Satellite" (TESS) vasitəsilə 100 milyon işıq ili uzaqlıqda Yer böyüklüyündə bir planet kəşf etdiyini açıqlayıb.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, qayalıq olduğu düşünülən və yüzdə 95-i Yer kürəsinə bərabər olduğu bildirilən planet Delfin (Dorado) bürcünün “yaşayış zonası”nda yerləşir. NASA-nın yeni kəşf etdiyi planet Yerdən təqribən 100 milyon işıq ili uzaqlıqdakı ulduzun ətrafında fırlanır, yaşamaq üçün yararlı hesab edilir və Yer ölçüsündədir.

"Goldilocks zonası" olaraq da bilinən yaşayış zonası planetin səthində suyun tapılması üçün ulduzdan düzgün məsafədə olan və həyat üçün şəraitin nə çox isti, nə də çox soyuq olmadığı bir sahədir. "TOI 700 e" adlanan bu ekzoplanet öz orbitindəki ulduzundan planetin səthində suyun mövcud olmasına imkan verəcək bir məsafədə yerləşir. Ulduzun ətrafında 28 gündə fırlanan planetin ölçüsü Yerin 95 faizi qədərdir və qayalı örtükdən ibarətdir.

NASA-nın tədqiqatçısı Emily Gilbert verdiyi açıqlamada "Bu, çoxlu, kiçik, yaşayış zonası planetləri ilə bildiyimiz bir neçə sistemdən biridir" - deyə bildirib. Bu kəşfin "TOI 700" sistemini daha yaxından izləmək üçün həyəcan verici bir irəliləyiş olduğunu vurğulayan Gilbert, bir müddət əvvəl kəşf edilən "TOI 700 e" ekzoplanetinin əvvəlki kəşf "TOI 700 d"dən təxminən 10 faiz kiçik olduğunu və TESS müşahidələri ilə getdikcə daha kiçik olduğunun aşkarlandığını söyləyib. O, bunun dünyaların tapılmasına da kömək etdiyini qeyd edib. "TOI 700 d" orbitini 37 günə tamamlayır. Mütəxəssislər daha əvvəl "TOI 700" adlı sistemdə "TOI 700" b, c və d adlı üç ekzoplanet aşkar ediblər. "TOI 700 d" planeti də yaşayış zonasında dövr edir. Lakin elm adamlarına "TOI 700 e"ni kəşf etmək üçün yalnız əlavə bir il TESS müşahidələri lazım olub.
"Ulduz bir az daha yaxın olsaydı və ya planet bir az daha böyük olsaydı, TESS məlumatlarının ilk ilində TOI 700 e-ni aşkar edə bilərdik. Amma siqnal o qədər zəif idi ki, onu aşkar etmək üçün vaxt lazım oldu. Bizə daha bir il keçid müşahidələri lazım idi" - deyə NASA mütəxəssisləri açıqlayıblar.

TOI 700 b: 10 gün orbital dövrə malikdir və Yerin 91,4%-ni təşkil edir;
TOI 700 c orbital dövrü 16 gündür və ölçüsü Yerdən 2,6 dəfə böyükdür;
TOI 700 e, 28 gün müddətinə dövr edən və Yerin ölçüsünün 95%-ni təşkil edən yeni planet;
TOI 700 d, 37 günlük dövrə malik və Yerin 105% ölçüsündə olan planet.

TESS-in yeni tapıntıları Amerika Astronomiya Cəmiyyətinin ABŞ-ın Vaşinqton ştatının Sietl şəhərində keçirilən 241-ci illik toplantısında tədqiqatçılarla təqdim edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu