"DC Studios" yeni dövrə qədəm qoyur


Britaniyalı aktyor Henry Cavillin bir daha Supermeni canlandırmayacağı açıqlanıb.


AFN.az xəbər verir ki, "Batman", "Supermen", "Aquaman" və "Wonder Woman" kimi personajların yer aldığı film əjdəhası "DC Studios" yeni dövrə qədəm qoyur. Belə ki, Henry Cavill Supermen rolundan getdikdən sonra məşhur kino şirkəti yeni layihələrini açıqlayıb. Şirkətin həmsədrləri Peter Safran və Ceyms Qunn yeni filmlərin və televiziya şoularının ilk siyahısını açıqlayaraq satira həvəskarlarının intizarına son qoyublar. Elan edilən ilk layihə “1-ci hissə: Tanrılar və Canavarlar”dır.

Henry Cavilldən sonra yeni filmin "Supermen: Legacy" adlandırıldığı açıqlanıb. Senari müəllifi Ceyms Qunn olan film gənc Supermenin həyatından və onun necə super qəhrəmana çevrilməsindən bəhs edəcək.

Uğursuzluğa düçar olan "Yaşıl Fənər" filmindən sonra yeni "Fənərlər" serialının çəkiləcəyi də şirkətdən verilən açıqlamalar arasındadır. Detektiv hekayələrə əsaslanacağı gözlənilən yeni serialın "True Detective" serialından ilhamlanacağı bildirilib.

Batman/Bruce Wayne və Damian Waynedən ibarət Yarasa ailəsini tanıdacaq "The Brave and Bold" filmi, Robert Pattinsonun böyük ekranda canlandırdığı Batman xarakterinə fərqli bir baxış bucağı gətirəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu