Seçkilərdə sürpriz - Keçmiş erotik film ulduz deputat seçildi (FOTO)


Dünən bütün dünyanın diqqəti Türkiyədə keçirilən prezident və parlament seçkilərinə yönləndiyi vaxta Almaniyada da diqqətçəkən seçki keçirilib.


AFN.az Türkiyə mediasına istinadən xəbər verir ki, Almaniyada dünən keçirilən əyalət seçkilərində sürpriz qeydə alınıb. Belə ki, FDP-dən namizəd olaraq yerli seçkilərə qatılan bir zamanlar erotika filmlərində çəkilən erotik kino aktrisası Annina Ucatis-Semmelhaack qələbə qazanıb. Məşhur erotika aktrisası Şlezviq-Holşteyndə qələbəsini elan edib. FDP-nin 10,4 səs aldığı şəhərdə ikinci namizəd olan Semmelhaack ilk dəfə belə bir siyasi qələbə qazanıb.



Bremen Əyalət Məclisi seçkilərində keçirilən exit-poll nəticələrinə görə, Baş nazir Olaf Şolzun rəhbərlik etdiyi Sosial Demokrat Partiyası (SPD) səslərini artıraraq 29,5 faizlə birinci olub.

Alman qəzeti Bild seçkinin nəticəsi haqda "Əvvəllər erotik filmlərin kraliçası idi, indi Şimali FDP kraliçası" adlı məqalə dərc edib. Bild-ə danışan Semmelhaack, "Çox xoşbəxtəm, çox çətin bir seçki kampaniyası keçirdik, amma seçiciləri məyus etməyəcəyəm" deyə vurğulayıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu