Yunanıstanda yerli seçkilərin ikinci turunda hakim partiya məğlubiyyətlə üzləşib


Ötən gün Yunanıstanda yerli seçkilərin ikinci turu keçirilib. Seçkilərdə baş nazir Mitsotakisin partiyası bir çox böyük şəhərlərdə məğlubiyyətə uğrayıb.


Seçkilərin nəticələrinə görə Afina və Saloniki bələdiyyələri dəyişib. Qərbi Trakyada türk namizədlər üç bölgədə qələbə qazanıb.

Birinci turda 43 faizdən çox səs toplaya bilməyən namizədlərin rayonlarında ikinci tur keçirilib. Altı rayonda və 84 bələdiyyədə seçkilər keçirilib.

Hakim Yeni Demokratiya Partiyası birinci turda əldə etdiyi uğuru ikinci tura qalan bölgələrdə nümayiş etdirə bilməyib. Belə ki Mitsotakisin partiyası 6 rayondan 5-ni itirib.

Mitsotakisin qardaşı oğlu Afina meri Kostas Bakoyannis də ikinci turda məğlub olub. Afina şəhərinin yeni meri 56 faiz səslə Haris Dukas olub.

Qərbi Trakyada keçirilən seçki yarışında türk əsilli namizədlər ön plana çıxıb. 3 bələdiyyədə seçkinin nəticələri türk əsilli namizədlərin qələbəsi ilə nəticələnib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu