Rusiya hava zərbələri üçün Belarus aerodomlarından istifadə edir - Ukrayna MN


Ukrayna Müdafiə Nazirliyi müharibənin 12-ci günü ilə bağlı operativ məlumat yayıb.


AFN.az-ın xəbərinə görə, məlumatda ölkəyə hücumun davam etdiyi bildirilir:

“Günün əvvəlindən etibarən ruslar artilleriya zərbələrinə başlayıblar. Onlar hava zərbələri üçün Belarus aerodromlarından istifadə edirlər. Qarşı tərəf beynəlxalq humanitar hüquq qaydalarını kobud şəkildə pozur, dinc əhalini hədəf alır, qadın və uşaqları girov götürür, şəhərlərin yaşayış massivlərində texnika, sursat yerləşdirir, işğal olunmuş yaşayış məntəqələrində süni şəkildə humanitar böhran yaradır. İrpin şəhəri üç gündən artıqdır işıqdan, sudan və istilikdən məhrum qalır, ərzaq və su təchizatı yoxdur. Ruslar vətəndaşlara evlərini tərk etməyi qadağan ediblər”.

Məlumata görə, rus hərbçiləri demorilizə olunub: “Ukrayna Silahlı Qüvvələri bütün istiqamətlərdə müdafə əməliyyatlarını davam etdirir. Rusiya canlı qüvvə, texnika baxımından ciddi itki verir. Rus hərbçiləri təslim olurlar”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu