Belarus hərbçiləri Ukraynaya qarşı döyüşmək istəmir
Belarus hərbçiləri Ukraynaya qarşı döyüşmək istəmir. Bununla belə, Belarus Ukraynaya hücumlar üçün öz ərazisini Rusiyaya verməkdə davam edir.
AFN.az Ukrayna mənbələrinə istinadən xəbər verir ki, Belarus hərbçiləri Ukraynaya qarşı müharibədə iştirak etmək istəmirlər. Hərbçilər ölkənin Ukrayna ilə müharibəyə cəlb edilmək təhlükəsinə görə, hərbi-siyasi rəhbərliyin fəaliyyətindən narazı olduqlarını açıq ifadə etməyə başlayıblar.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının səhər xülasəsində qeyd edildiyi kimi, Volın və Polesye istiqamətlərində vəziyyət ciddi dəyişikliklərə məruz qalmayıb. Düşmənin hücumçu qruplarının formalaşması əlamətləri hələ də yoxdur, lakin Belarus hərbçiləri Ukraynaya qarşı döyüşmək perspektivindən narahatdırlar. Baş Qərargahda qeyd edildiyi kimi, Belarusda Rusiya bölmələrinin təlimi davam edir. Rəsmi Minsk Rusiya Federasiyasının Ukraynaya qarşı silahlı təcavüzünü dəstəkləməkdə davam edir, rus qoşunlarını raket və hava zərbələri üçün ərazi və hava məkanı ilə təmin edir.