Ukrayna ordusu: Ölkənin şimalında Rusiya qoşunları qalmayıb
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib ki, düşmən qoşunları ölkənin şimal vilayətlərini demək olar, tərk edib, lakin işğalçılar Xarkovu mühasirəyə almaqda davam edir, Donbasda isə aktiv döyüş əməliyyatları gedir.
Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahına istinadən xəbər verir.
Rusiya hərbçiləri Ukraynanın hərbi və mülki obyektlərinə sistemli raket və hava zərbələrini davam etdirir, bununla yanaşı, yüksək dəqiqlikli silahlardan istifadə etməklə raket zərbələri və zərbələrin intensivliyi azalıb.
"Ukrayna ərazisində döyüş əməliyyatlarında iştirak etmək üçün əlavə düşmən bölmələrinin hazırlanması davam edir. Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərinin sakinlərindən və muzdlulardan "könüllü" batalyonların yaradılması planlaşdırılır", - məlumatda deyilir.
Qeyd edilir ki, Volın istiqamətində düşmən qoşunlarının vəziyyətində və mövqeyində əhəmiyyətli dəyişikliklər qeyd olunmayıb.
Polesk istiqamətində qarşı tərəf hərbi bölmələri Belarus ərazisinə çəkməyə davam edir. Rusiya ordusu qoşunların çıxarılması zamanı irəliləmə yollarına və ayrı-ayrı yaşayış məntəqələrinə minalar yerləşdirir.