Ukrayna MN: “Rusiya Ukraynaya hücumlarını gücləndirir”


“Rusiya işğalçıları Ukrayna ərazisində hücum əməliyyatının sürətini artırırlar”.


Bu barədə Kiyevdə keçirdiyi brifinqdə Ukrayna Müdafiə Nazirliyinin sözçüsü, polkovnik Aleksandr Motuzyanik bildirib.

"Düşmən şərq əməliyyat zonasında hücum əməliyyatı keçirir. Onun əsas məqsədi Donetsk və Luqansk vilayətlərinin ərazisinə tam nəzarəti bərqərar etmək, eləcə də Krlm Muxtar Respublikasının işğal olunmuş əraziləri ilə quru dəhlizinin sabitliyini təmin etməkdir. Düşmən hücum əməliyyatının sürətini artırır. Demək olar ki, bütün istiqamətlərdə intensiv atəş zərbələri endirir”. İşğalçıların ən böyük fəallığı Slobojanski və Donetsk istiqamətlərində müşahidə olunur və işğalçı hərbi əməliyyatlarda iştirak etmək üçün əlavə bölmələr hazırlayır. Ukraynanın hər yerində hərbi və mülki hədəflərə raket və hava zərbələri dayanmır”, - Motuzyanik bildirib.

Xüsusilə, o bildirib ki, Rusiya Silahlı Qüvvələrinin Aerokosmik Qüvvələrinin operativ-taktiki aviasiyası 138 uçuş həyata keçirib, onlardan ən azı 38-i Xarkov və Donetsk vilayətlərindəki obyektləri məhv edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu