BMT: Ukraynanın nəzarətində olan ərazidə 40 yaşayış məntəqəsi su altında qalıb


Kaxovka SES-in dağıdılmasından sonra Ukraynanın nəzarətində olan ərazidə 40-a yaxın şəhər və kənd su altında qalıb.


AFN.az xəbər verir ki, bu haqda BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin məlumatında bildirilir. Qeyd edilir ki, Ukrayna hakimiyyəti Xerson vilayətində yaşayış məntəqələrini su basması barədə onlara məlumat verib. "Ukraynanın nəzarəti altında olan Xerson vilayətinin ərazilərində 40-a yaxın şəhər və kənd tamamilə və ya qismən su altında qalıb", - deyə qurumdan bildirilib.

Əlavə edilib ki, bəndin dağılmasının və su anbarının dayazlaşmasının miqyası və nəticələri hələ də qiymətləndirilir: "Lakin bunun regionda humanitar vəziyyət üçün ciddi və uzunmüddətli nəticələri olacağı gözlənilir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu