Yeni Kaxovkada su azalmağa başlayıb - AÇIQLAMA


Yeni Kaxovkada suyun qalxması Kaxovka SES-in dağılması səbəbindən dayanıb.


AFN.az xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları bildiriblər. Yeni Kaxovka administrasiyası rəhbərinin müavini Sergey Dmitriyevin sözlərinə görə, şəhərdə suyun səviyyəsi azalmağa başlayıb.

Eyni zamanda, şəhərin mərkəzində suyun təxminən insan boyu səviyyəsində qalmaqda davam etdiyini deyən rəsmi, təxliyə edilənlərin yerləşdirilməsi üçün bölgədə kifayət qədər məntəqələrin yaradıldığını bildirib.

Bundan əlavə, Dmitriyev bildirib ki, şəhərdə qəbiristanlıq su altında qalıb və bu, suyun ciddi şəkildə çirklənməsinə səbəb ola bilər.

Yeni Kaxovka rəhbərliyi suyun maksimal səviyyəsinin 12 metr olduğunu bildirərək, onun bir-iki günə enəcəyini bildirmişdi.

Xerson vilayətində Alyoşki şəhərinin demək olar ki, tamamilə su altında qaldığı bildirilir.

Xatırladaq ki, ötən gecə Kaxovka SES-ə raket hücumu edilib, bundan sonra anbardakı su axmağa başlayıb. Hazırda daşqın zonasında 14 yaşayış məntəqəsi var, fövqəladə vəziyyət elan edilib. Raket hücumunu hansı tərəfin etməsilə bağlı hələlik dəqiq məlumat yoxdur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu