Dövlət məmuru suya düşən telefonunu tapmaq üçün bəndi boşaltdırdı


Hindistanda bir dövlət məmuru selfi çəkdirərkən suya düşən telefonunu tapmaq üçün bəndi başaltdırıb.


AFN.az-ın BBC-yə istinadən xəbərinə görə, Hindistanın Chhattisgarh əyalətindən olan Rajesh Vishwas selfi çəkdirərkən Kherkatta bəndinə düşən telefonunu tapmaq üçün hərəkətə keçib.

Su anbarına düşən 1200 dollar dəyərində telefonunu tapmaq üçün əvvəlcə ərazidəki dalğıclara müraciət edən Vişvas səyləri nəticəsiz qaldıqdan sonra pulunu ödədiyi dizel yanacaqlı su nasosunu işə salıb. Telefonu xilas etmək üçün işə salınan su nasosu 3 gündə 2 milyon litr suyu bənddən boşaldıb.

Hadisədən sonra qanun pozuntusuna görə araşdırılan Vişvas, telefonunda dövlətin gizli sənədlərinin olduğunu iddia edib.

Vişvas suyun boşaldılması üçün bənd rəsmisindən "şifahi icazə" aldığını söyləyib. O, iddia edib ki, məmur vurulan suyun yaxınlıqdakı suvarma kanalına yönəldiləcəyini və fermerlərin istifadəsinə veriləcəyini bildirib.

Bildirilib ki, axıdılan su 600 hektar kənd təsərrüfatı sahəsini təmin etməyə kifayət edirdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu