Hindistanda itkin düşən 2 tələbənin ölüsünün tapılması etirazlara səbəb olub


Hindistanda iyul ayından bəri itkin düşən 2 tələbənin öldürüldüyü üzə çıxdıqdan sonra bir müddətdir şiddətə səhnə olan Manipur əyalətində yüzlərlə tələbə etiraz aksiyası keçirib.


Bir müddətdir etnik zorakılıqlara səhnə olan əyalətin paytaxtı İmfalda yüzlərlə tələbə “qurbanlar üçün ədalət” şüarları ilə etiraz aksiyası keçirib.

Polis nümayişçilərə gözyaşardıcı qaz və tüstü bombaları ilə müdaxilə edib.

Adının açıqlanmasını istəməyən bir məmur polis müdaxiləsi zamanı 47 şagirdin yüngül xəsarət aldığını deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu