Hindistanda daşqınlar 115 mindən çox insana ziyan vurub


Hindistanın Assam əyalətində leysan yağışlar səbəbindən baş verən daşqın 108 kəndi su altında qoyub. Təbii fəlakət kəndlərdə yaşayan 115 mindən çox insanı didərgin salıb.


AFN.az "Ani News"a istinadən xəbər verir ki, son 24 saat ərzində yağan güclü yağışlar Hindistanın Assam əyaləti ilə yanaşı, qonşu Butan Krallığında da daşqınlara səbəb olub.

Assam əyalətində didərgin düşən sakinlər hər şeylərini itirdiklərini, bənd divarlarının kənarından başqa sığınmağa yer olmadığını bildiriblər.

Seli keçən yerlərdə bir çox yol və körpülər yararsız hala düşüb.

Assam Fəlakət İdarəsi tərəfindən verilən açıqlamada suyun səviyyəsinin təhlükəli həddi keçdiyi və getdikcə daha çox ərazinin su altında qaldığı bildirilib.

Milli Fəlakətlərə Qarşı Mübarizə Qüvvələrindən verilən açıqlamada bölgədə axtarış-xilasetmə işlərinin davam etdiyi və dünən 1280 nəfərin fəlakət bölgəsindən xilas edildiyi qeyd edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu