Borrelldən Serbiyaya çağırış: Avropaya inteqrasiya üçün Rusiya əleyhinə sanksiyaları dəstəkləyin!


Serbiya Aİ-yə üzvlük prosesində irəliləmək üçün Rusiyaya qarşı sanksiyalara qoşulmalı və Moskva ilə yaxın münasibətlərə son qoymalıdır.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Coqef Borrel bildirib.

"Biz xarici siyasətimizə və sanksiyalarımıza tam qoşulmuş bu dövlətlərin bir sırasının cəsarətli və strateji seçimini alqışlayırıq. Biz həmçinin öz siyasətlərini Aİ-nin siyasətləri ilə hələ tam uyğunlaşdırmamış və ya ümumiyyətlə bunu etməyənlərə, xüsusən də Serbiyaya qeyd etmişik ki, Rusiya ilə sıx əlaqələr saxlamaq Aİ-yə üzvlük prosesi ilə bir araya sığmır və həm də onun öz milli maraqları üçün zərərlidir" - deyə Aİ diplomatiyasının rəhbəri vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu