Avropa İttifaqı Ukraynaya hərbi yardımı 3,5 milyard avro artıracaq


Avropa İttifaqının Xarici Əlaqələr Şurası bazar ertəsi Ukraynaya Avropanın hərbi yardımının genişləndirilməsini təsdiqləyəcək.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Aİ-nin xarici işlər xidmətinin rəhbəri Cozef Borrel deyib. O, açıqlamanı qurumun xarici işlər nazirliklərinin rəhbərlərinin iclasına gələrkən verib.

"Bu gün şura Ukraynaya hərbi yardımımızın əlavə 3,5 milyard avroluq artırılmasını təsdiq edəcək", - deyə Borrel bildirib.

Diplomat həmçinin bildirib ki, bu yardımı genişləndirmək həmişəkindən daha vacibdir: "Mənim fikrimcə, bu həftə sonu Rusiyada baş verənlər Rusiyanın gücünü məhv edir və onun siyasi sisteminə təsir edir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu