Stiv Cobsun imzaladığı çek hərracda təxminən 107 min dollara satılıb


Apple şirkətinin həmtəsisçisi Stiv Cobsun 1976-cı ildə imzaladığı bank çeki hərracda 106 985 dollara satılıb.


AFN.az xarici mətbuata istinadən xəbər verir ki, bank çeki "mükəmməl" vəziyyətdə olub. Lotun təsvirində qeyd olunur ki, nominal dəyəri 175 dollar olan çek Crampton, Remke & Miller Consulting şirkətinə verilib. 8 iyul 1976-cı il tarixli çekdə Apple-ın Palo Altodakı ilk rəsmi ünvanı 770 Welch Rd., Ste. 154. göstərilib. Steve Jobs və Apple-nin həmtəsisçisi Stiv Voznyak bu ünvandan poçt xidmətləri üçün istifadə ediblər. Baxmayaraq ki, o zaman onların bütün əməliyyatları hələ də Jobs ailəsinə məxsus evin məşhur qarajında ​​aparılırdı.

Stiv Cobsun 1990-cı illərdə NeXT-də olarkən çap olunmuş vizit kartı da hərraca çıxarılıb. Vizit kartında Jobsun imzası olmadığı üçün qiyməti də çox ucuz, 800 dollar təşkil edib.

Bundan əvvəl Stiv Cobsun avtoqrafı 95 min dollara hərraca çıxarılmışdı. Bu çox nadir hal idi, çünki Cobs adətən avtoqraf vermirdi.

Potensial alıcıya təklif edilən Jobsun avtoqrafı 2000-ci ildə şirkətin o vaxtkı marketinq direktoru, Apple-da on il işləmiş Susannah Lindberg-ə ünvanlanmış təşəkkür məktubunda yer almışdı.



Məktubda bu sözlər qeyd olunmuşdu:

“Bu mükafatı on il ərzində öz şəxsi nailiyyətləri ilə Apple-ın möhtəşəm uğuruna töhfə verənlər tanıyır. Apple sizi təkcə istedadınıza, həvəsinizə və enerjinizə görə deyil, həm də on illik yaradıcılığınıza və karyeranıza görə mükafatlandırır. Ümid edirik ki, siz də bizim kimi səyahətin ən yaxşı mükafat olduğuna inanmağa davam edəcəksiniz”



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu