Zelenski Kiyevin Kremlə hücumda iştirakını təkzib etdi


Ukrayna prezidenti Volodimir Zelenski Kiyevin Kremlə hücumda iştirakını təkzib edib.


AFN.az xəbər verir ki, o, çıxışında "Kiyev Moskvaya hücum etmir, ancaq öz ərazisində hərbi əməliyyatlar aparır" deyə qeyd edib.

“Düşünürəm ki, bu, hamıya aydındır: biz Putinə və ya Moskvaya hücum etmirik, biz öz ərazimizdə döyüşürük, şəhərlərimizi və kəndlərimizi qoruyuruq”, o, bu sözləri Helsinkidə dövlət başçıları ilə birgə mətbuat konfransında deyib.

Qeyd edək ki, bu gün səhər saatlarında Kremlin mətbuat xidməti ötən gecə iki Ukrayna pilotsuz təyyarəsinin Rusiya prezidentinin Kreml iqamətgahına hücumu barədə məlumat yayıb. Pilotsuz təyyarələr radar sistemləri tərəfindən sıradan çıxarılıb və hücum zamanı xəsarət alan olmayıb. Dmitri Peskovun sözlərinə görə, dronların onun iqamətgahına hücum etməyə cəhd etdiyi anda Vladimir Putin Kremldə olmayıb.

Prezident administrasiyası Kremlə zərbə endirmək cəhdini “planlaşdırılmış terror aktı və Rusiya prezidentinin həyatına qəsd” adlandırıb, Moskvanın “uyğun bildiyi yerdə və nə vaxt cavab tədbirləri görmək” hüququnu özündə saxladığını vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu