Uqandanın Əmək naziri öz mühafizəçisi tərəfindən güllələndi


Uqandanın Əmək, Məşğulluq və Sənaye Əlaqələri naziri Çarlz Okello Anqola işə gedərkən şəxsi mühafizəçisi tərəfindən güllələnib.


AFN.az xəbər verir ki, bu barədə Daily Monitor məlumat yayaıb. Məlumatda qeyd edilir ki, Anqola səhər 8-də işə getmək üçün maşınına minərkən güllələnib:

“O, Kyancdakı iqamətgahında mühafizəçilərindən biri tərəfindən güllələnərək öldürülüb. Bu zaman cangüdənin özü də cinayət yerndən qaçıb, daha sonra intihar edib. Əmək nazirinin şəxsi katibi Ronald Otim də yaralanıb və o, xəstəxanaya aparılıb".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu