Ermənistanda 3 yeni nazir təyin edildi


Ermənistan müdafiə, fövqəladə hallar və əmək və sosial naziri vəzifələrinə yeni təyinatlar olub.



Qaynarinfo "Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan prezidenti Armen Sarkisyan sərəncam imzalayıb.

Bildirilib ki, Vaqarşak Arutyunyan müdafiə naziri, Andranik Piloyan fövqəladə hallar naziri, Mesrop Arakelyan isə əmək və sosial müdafiə naziri təyin edilib.

Xatırladaq ki, Ermənistanın baş naziri parlamentdəki çıxışında hökumətdə kadr dəyişikliyi edəcəyini bildirmişdi. Bu çıxışdan sonra xarici işlər naziri Zöhrab Mnasakanyan, fövqəladə hallar naziri Feliks Çolakyan, əmək və sisial məsələlər naziri Zarui Batoyan, müdafiə naziri David Tonoyan, elm, təhsil, mədəniyyət və əmək naziri Araik Arutyunyan istefa verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu