Füzulidə ata qızını qətlə yetirdi

Füzulidə ailə faciəsi baş verib.
Rayon Prokurorluğundan AFN.az-a bildirilib ki, martın 6-da 1989-cu il təvəllüdlü Ramilə Əsədovanın yaşadığı evdə aldığı xəsarətlərdən ölməsi barədə prokurorluğa məlumat daxil olub.
Araşdırmalarla zərərçəkmişin atası, 1957-ci il təvəllüdlü Ağarəhim Niftəliyevin R.Əsədovaya çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb. Ağarəhim Niftəliyev tutularaq istintaqa cəlb edilib. İstintaq tədbirləri davam etdirilir.