Bakıda 19 yaşlı oğlan qətl törətdi
Ötən gecə saat 04 radələrində Nərimanov rayonu, Qarabağ küçəsində qətl törədilib.
Nərimanov Rayon Prokurorluğundan AFN.az-a bildirilib ki, 1989-cu il təvəllüdlü Ceyhun Sədyarovun öldürülməsi barədə məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 2003-cü il təvəllüdlü Ömər Cəfərlinin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Ceyhun Sədyarovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Ömər Cəfərli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İstintaq tədbirləri davam etdirilir.