Ukraynada bir günə ordu üçün açılmış hesaba bu qədər pul köçürüldü?


Bir sutka üçün Ukrayna Silahlı Qüvvələrinə dəstək məqsədilə vəsait toplamaq üçün Milli Bankda (NBU) çılan xüsusi hesaba, demək olar 300 milyon qrivn (ekvivalentdə) (16,740,000 AZN) köçürülüb.


Qaynarinfo Unian-a istinadla xəbər verir ki, bu barədə NBU-nun mətbuat xidməti məlumat yayıb.

Bu hesab üçün vəsait həm biznesdən, həm Ukrayna vətəndaşlarından, həm də beynəlxalq ictimaiyyətdən (xüsusən Aİ ölkələrindən, ABŞ, Kanada, Britaniya və s.) daxil olub.

Milli Bankın sədri Kirilo Şevçenko deyib: "Biz Ukrayna ordusuna dəstək olmaq imkanı tapan hər kəsə minnətdarıq. Dəstəyinizi yüksək qiymətləndiririk, bu, indiki məqamda çox vacibdir. Və biz birlikdə Ukrayna Silahlı Qüvvələrinə inanırıq".

NBU banklara müraciət edərək, vəsaitlərin Ukrayna Silahlı Qüvvələrinə yardım olaraq göndərildiyi üçün müştərilərdən xüsusi hesaba vəsaitin köçürülməsinə görə komissiya almamağı xahiş edib.

Rəsmi xüsusi hesabın rekvizitləri: UA843000010000000047330992708. Digər valyutalarda vəsaitlərin kreditləşdirilməsi üçün təfərrüatlar NBU-nun saytında göstərilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu