Qubada iki maşın toqquşub: Ölən var


Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


APA-nın şimal bürosunun verdiyi məlumata görə, “VAZ 2106” və “Opel” markalı maşınlar toqquşub. Qəza nəticəsində Quba Mərkəzi Rayon Xəstəxanasının əməkdaşı Elnur Kəlbiyev hadisə yerində dünyasını dəyişib.

Hadisə zamanı xəsarət alan Sahil İsayevin vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırmalar davam etdirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu