Aİ rusiyalı iş adamlarının qohumlarına qarşı sanksiyalar tətbiq etməyə icazə verib


Avropa İttifaqı Şurası sanksiya rejimini tənzimləyən sənədə düzəlişlər edərək, orada rusiyalı iş adamlarının ailə üzvlərinin qara siyahıya salınması imkanını ayrıca qeyd edib.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, beləliklə, indi məhdudiyyətlər təkcə Aİ-nin Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə qarşı hərəkətləri dəstəkləməkdə məsul hesab etdiyi şəxslərə deyil, həm də onların yaxın qohumlarına qarşı tətbiq edilə bilər.

Yeni redaksiyaya əsasən, Rusiyada fəaliyyət göstərən nüfuzlu qadın və kişi sahibkarlar, habelə onların qohumları, ailə üzvləri və ya faydalanan digər şəxslər sanksiyalara məruz qala bilər.

Rusiya siyasətçiləri, iş adamları və iri dövlət məmurlarının qohumları əvvəllər də sanksiya siyahısında olublar. Lakin Aİ-nin Lüksemburq məhkəməsi yaxın qohumlara qarşı sanksiyaları ləğv etməyi əmr edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu