Səlahəddin Dəmirtaş aktiv siyasətdən getdiyini açıqladı


HDP-nin həbsdə olan keçmiş həmsədri Səlahəddin Dəmirtaş aktiv siyasətdən getdiyini açıqlayıb.


AFN.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ədirnə Həbsxanasında cəza çəkən HDP-nin keçmiş həmsədri Səlahəddin Dəmirtaş aktiv siyasətdən əl çəkəcəyini açıqlayıb.

Dəmirtaş, seçkilərdən sonra Twitter-də paylaşdığı mesajda bu ifadələri işlədib:

"Xalqımıza layiq siyasət ortaya qoya bilmədiyimə görə öz adımdan səmimi qəlbdən üzr istəyirəm. Söz verirəm ki, əməli səylərimlə bu nöqsanları düzəldəcəyəm. Mənə ünvanlanan konstruktiv tənqidlərə də təşəkkür edirəm.

Tənqidlərdən yararlanmağa çalışacağam. Bütün həbsxana yoldaşlarım kimi müqavimətlə mübarizəni davam etdirdiyim üçün bu mərhələdə aktiv siyasətdən ayrılıram”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu