Pakistanın Konstitusiya Məhkəməsi məhkəmə qərarlarına yenidən baxılmasını tələb edən qanunu ləğv edib
AFN.az yerli mediaya istinadən xəbər verir ki, Konstitusiya Məhkəməsinin qərarında parlamentin səlahiyyətinə aid heç bir mövzuda qanun qəbul edə bilməyəcəyi vurğulanıb.
Milli Məclisdə aprelin 14-də səlahiyyət müddəti avqustun 9-da başa çatan koalisiya hökuməti tərəfindən qəbul edilən sözügedən qanun mayın 5-də Senat tərəfindən təsdiqlənərək prezident Arif Alvi tərəfindən imzalanıb.
Məhkəmənin qərarı keçmiş baş nazir Nəvaz Şərif ilə 8 iyun 2023-cü ildə "İstihkam-i Pakistan Partiyası (IPP)" adlı yeni siyasi partiya quran Cihangir Tarin arasında aktiv siyasətə qayıtmaq ümidlərini alt-üst edib.
Ömürlük siyasətdən uzaqlaşdırılan hər iki şəxsin sözügedən qanunla barələrində verilən məhkəmə qərarlarına etiraz etmək məqsədi daşıdığı vurğulanıb.