ABŞ Ukraynadakı münaqişəni onilliklər ərzində dondurmağa hazırlaşır - KİV


ABŞ prezidenti Co Baydenin administrasiyası Ukraynadakı münaqişənin onilliklər ərzində dondurula biləcəyi ssenariyə hazırlaşır.


AFN.az xəbər verir ki, bu barədə ABŞ-ın müxtəlif departamentlərində və Ağ Evdə aparılan ilkin müzakirələrə istinadən "Politico" qəzeti məlumat yayıb. ABŞ rəsmilərinin indi danışdıqları hərbi əməliyyatların uzunmüddətli dondurulması variantları arasında həm Ukrayna, həm də Rusiyanın keçməməyə razılaşacağı potensial sərhədlərin yaradılması daxildir. "Nə Kiyevin, nə də Moskvanın heç vaxt məğlubiyyətini etiraf etməyə meylli olmadığını nəzərə alsaq, bu, uzunmüddətli perspektivdə ən real ola biləcək ssenaridir. Administrasiyada Ukraynanın qarşıdan gələn əks-hücumunun Rusiyaya ölümcül zərbə vurmayacağına dair rəy getdikcə güclənir. Eyni zamanda, jurnalistlər dondurulmuş münaqişənin həm də siyasi baxımdan məqbul uzunmüddətli nəticə ola biləcəyini vurğulayıblar. Bu halda tərəflərdən heç birinin yeni sərhədləri tanımasına ehtiyac qalmayacaq. Lakin bu nəticə ilə müəyyən edilmiş xətt üzrə atəşi dayandırmaq lazım gələcək" - deyə nəşr bildirir.

Eyni zamanda, Bayden administrasiyasındakı müzakirələrin məzmunu ilə tanış olan ABŞ rəsmilərindən biri bildirib ki, donmuş və ya ərimiş görünsə də, uzun müddətə planlaşdırılan senari budur. Onun sözlərinə görə, bu planlar amerikalı siyasətçilərin diqqət mərkəzində qalır.

Bəzi ABŞ rəsmiləri hesab edir ki, Ukrayna Mariupola və Azov dənizinə çıxışa sahib olmalıdır, digərləri isə xətlərin yerləşdirilməsinə az diqqət yetirirlər, lakin Ukraynanın gələcəkdə təhlükəsiz olması şərti ilə.

Jurnalistlər bu müzakirələrin hələ ilkin mərhələdə olduğunu vurğulayırlar. Eyni zamanda, nəşr ABŞ rəsmilərinə istinadən bildirir ki, Ukraynada qarşıdurma kifayət qədər uzun müddət isti davam edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu