HDP-lilər Sinan Oğanın seçki avtobusuna hücum etdi


ATA Alyansının prezidentliyə namizədi Sinan Oğanın seçki avtobusuna Silvanda HDP tərəfdarları tərəfindən hücum olub.


AFN.az xəbər verir ki, bu barədə Oğan öz Twitter hesabında yazıb. O, bildirib ki, Vanda seçki işlərini tamamlayan və axşam saatlarında Adıyamana keçmək üçün yola düşən seçki avtobuslarına hücum edilib:

"Vanda seçki işlərini tamamlayaraq axşam saatlarında Adıyaman istiqamətində hərəkət edən seçki avtobusumuz Silvanda HDP-lilərin hücumuna məruz qalıb. Normal şəraitdə son anda fikrimizi dəyişib təyyarə ilə Ankaraya qayıtmasaydıq, hücuma məruz qalan karvanda olardıq. Şükürlər olsun ki, itki və xəsarət alan olmasa da, seçki avtobusumuza müəyyən ziyan dəyib. Onlar avtobusumuzu saxlamağa çalışsalar da, maşınımız dayanmayıb və hücum barrikadasını yarıb. Avtobusla Jandarma bölgəsinə getdik. Düşünürük ki, hücum edənlər mənim konvoyda olduğumu zənn edib və hücum ediblər. Mən əslində bu hücumu elan etmək fikrində deyildim ki, atmosfer gərgin olmasın. Ancaq bəzi anonim və bəzi trol hesabları Ərzurumdakı təxribatçı hərəkətə görə bizi mühakimə etməyə çalışırlar və öz şüurlarında "çəkilmək üçün təzyiq yaratmaq istəyirlər".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu