Türkiyə 5 metr qalınlığında qar yağdı - FOTOLAR


Türkiyənin Bayburt vilayətinin Aydıntəpə rayonunda qruplar qarla örtülmüş kənd və yayla yollarını açmaq üçün iş aparır.


Qışın sərt keçdiyi Bayburtda yaz aylarında qarla mübarizə işlərini davam etdirilir. Aydıntəpənin şimalında təxminən 3 min hündürlükdə qarlı dağları aşmağa və kənd yollarını açmağa çalışan xilasedicilər bəzi nöqtələrdə qar qatının sərtləşməsi səbəbindən çətinliklə irəliləyə bilirlər. Qarı təmizləyərək həm uçqun təhlükəsini aradan qaldırmağa, həm nəqliyyat üçün yol açmağa çalışırlar.

Rayon mərkəzindən təqribən 23 kilometr aralıda olan Soğanlı dağlarının zirvəsində yerləşən Günbuldu, Dumlu, Kavlatan kəndləri və Limonsuyu, Kuşmer və Sultanmurat yayla yollarında havaların istiləşməsinin köməyilə gündə təxminən 10-15 kilometr irəliləyə bilən qruplar, mayın 7-nədək yol şəbəkəsini nəqliyyata açmağı hədəfləyir.

Xilasetmə qrupları bölgədə sıx heyvandarlığın olduğunu və vətəndaşların otlaqlardan daha tez istifadə etməyə başlamasına çalışdıqlarını bildiriblər: "Bir burada 5 metrlik qar yüksəkliyi ilə qarşılaşmışıq. 300 kilometrlik yayla yollarında qarla mübarizə aparırıq".
















AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu