Hindistan şəkər ixracını qadağan etməyi planlaşdırır


Hindistan hökuməti şəkərin istehsalının azalması və gələn il keçiriləcək parlament seçkiləri ərəfəsində inflyasiya təzyiqlərinin qarşısını almaq üçün şəkər ixracını qadağan etməyi planlaşdırır.


AFN.az xəbər verir ki, bununla bağlı "Wion" telekanalı hökumətdəki mənbəyə istinadən bildirib. "Hazırda gözlənilən 27,5 milyon ton daxili istehlak tələbini ödəmək üçün kifayət qədər şəkər var, lakin bu il əyalət seçkilərinə və gələn il Lok Sabha seçkilərinə qədər hökumət risk etmək istəmir" - deyə mənbə bildirib.

Xəbərlərə görə, bir qrup nazir şəkərin xaricə göndərilməsini dayandırmağı tövsiyə edi.

İstehlakçı İşləri Departamentinin statistik məlumatlarına görə, cümə günü Hindistanda şəkərin orta pərakəndə satış qiyməti bir il əvvəl 41,31 rupi ilə müqayisədə hər kiloqram üçün 42,24 rupi olub. 2022-23-cü kənd təsərrüfatı ilində (oktyabr-sentyabr) ölkədə əvvəlki kənd təsərrüfatı ilində istehsal edilmiş 35,9 milyon ton şəkərlə müqayisədə 32,7 milyon ton şəkər istehsalı gözlənilir.

Rəsmi məlumatlara görə, cari il üçün müəyyən edilmiş sabit kvotaya uyğun olaraq şəkərin böyük hissəsi artıq daşınsa da, 200 min tona yaxın şəkər hələ də ixrac olunmayıb.

Şəkər ixracı statistikasına görə, bu il Hindistandan Banqladeşə maksimum 631 min ton şəkər satılıb. Cibuti, İraq, Somali, Sudan, İndoneziya, Şri Lanka, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Səudiyyə Ərəbistanı, Liviya, Əfqanıstan, Kamerun və İordaniya bir neçə digər mühüm idxalçılardır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu