İŞİD-in qondarma liderinin zərərsizləşdirildiyi evin FOTOLARI YAYILIB


Milli Kəşfiyyat Təşkilatının (MİT) Suriyanın şimalında 4 saatlıq əməliyyat nəticəsində İŞİD-in qondarma lideri Əbu Hüseyn Əl Hüseyni Əl Qureşinin zərərsizləşdirildiyi evin fotoları yayılıb.


AFN.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ələ keçəcəyini anlayan terrorçu kamikadze jiletini işə salaraq özünü partladıb. Evi kamuflyajlı yeraltı bunkerdə olan Əbu Hüseyn əl-Hüseyni əl-Qureyşiyə əməliyyat zamanı “təslim olun” çağırışı edilsə də, o, çağırışa heç bir cavab verməyib.

Bundan sonra MİT-in xüsusi əməliyyat qrupu əvvəlcə evin bağ divarını, daha sonra isə arxa giriş qapılarını və yan divarlarını partladaraq binaya daxil olub. Əbu Hüseyn əl-Hüseyni əl-Qureyşi yaxalanacağını anlayınca, kamikadze jiletini partladıb.

Təxminən 4 saat davam edən əməliyyatda MİT-in xüsusi əməliyyat qrupuna və mülki şəxslərə heç bir zərər verilmədiyi bildirilib.

2013-cü ildə İŞİD-ə qoşulan Əbu Hüseyn Əl Hüseyni Əl Qureşi qısa müddətdə təşkilat daxilində yüksək vəzifələrə yüksəlib. Qureyşi 30 noyabr 2022-ci ildə İŞİD-in əvvəlki lideri Əbu Həsən əl-Qureyşinin öldürülməsindən sonra qondarma xəlifə elan edilib.

Etibarlı mənbələrindən əldə edilən digər məlumata görə, tez-tez hərəkət etməkdə qərarlı olan İŞİD-in yeni xəlifəsi adlandırılan Əbu Hüseyn əl-Hüseyni əl-Küreşi kod adlı terrorçunun da koordinatlarını əldə edən MİT-in tezliklə onu da zərərsizləşdirəcəyi bildirilir. Qeyd edilib ki, 29 aprel 2023-cü ildə terrorçunun evinə gizli əməliyyat keçirilib.


























AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu