Səhmdarlar “Suraxanı Bazarı”na görə hakim qarşısına çıxır


“Suraxanı Bazarı” ASC məhkəməyə verilib.


“Ölkə.Az” xəbər verir ki, Ələkbərova İlhamə Şamil qızı, Əsədov Elman Balaəli oğlu, Məmmədova Səbirə Əsgər qızı “Suraxanı Bazari” ASC ilə bağlı məhkəməyə müraciət edib.

Hakim Aytən Əliyevanın sədrliyi ilə baş tutacaq məhkəmə işinin mahiyyəti korporativ mübahisələr olaraq qeyd olunub.

Xatırladaq ki, E. Əsədov və S. Məmmədova ASC-nin səhmdarlarıdır. 2018-ci ildə bazarın balansında olan qeyri-yaşayış sahəsinin qanunsuz istifadəsi nəticəsində bu şəxslərin cəmiyyətə zərər vurduğu deyilmiş, bu məsələ şirkətin səhmdar iclasında müzakirə olunmuşdu.

Qeyd edək ki, “Suraxanı Bazar” 19 dekabr 2000-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 42,848 min manatdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu