İran Dağıstanda aviasiya qovşağı yaratmağı təklif edir


İran Dağıstanı aviasiya qovşağının açılması üçün region kimi nəzərdən keçirir.


AFN.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Dağıstanın baş naziri Əbdülmüslim Əbdülmüslimovun İranın "Pars Golden Sky" özəl səhmdar cəmiyyətinin (PGSC) nümayəndələri ilə görüşündən sonra respublika hökumətinin mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, bura digərləri ilə yanaşı, təyyarə təmiri zavodu və ehtiyat hissələri də daxildir. "İran tərəfi Dağıstanda aviasiya qovşağının açılmasını, o cümlədən təyyarələrin və ehtiyat hissələrinin təmiri üzrə müəssisənin yaradılmasını və yük qovşağının təşkilini təklif edib. Dağıstan ərazi yaxınlığına görə İran tərəfindən Rusiya Federasiyasında bu obyektin yaradılması üçün region kimi qəbul edilir", - deyə məlumatda qeyd edilir.

Layihənin həyata keçirilməsi sərnişinlərin və yükdaşımaların istifadəsinə verilə bilən beynəlxalq reyslərin və istiqamətlərin sayını artıracağı, iş yerlərinin açılmasına və regiona yeni investisiyaların cəlb olunmasına şərait yaradacağı güman edilir. "Şirkət bu texniki xidmət təşkilatının yaradılması üçün sertifikatlı kadrlar, avadanlıq və idarəetmə sistemi təqdim etməyə hazırdır. Dağıstan Respublikası beynəlxalq şirkət üçün dəstək tədbirləri təklif edib", - deyə açıqlamada əlavə edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu