Mövlud Çavuşoğlu: "NATO-nun Baş katibi dürüst və prinsipal hərəkət edir"
“NATO-nun Baş katibinə təşəkkür edirəm. Əvvəllər Türkiyənin Rusiyadan “S-400” almasını anlayışla qarşılayaraq “Müttəfiqlər istədiyi yerdən ehtiyaclarını qarşılaya bilər” demişdi. NATO-nun Baş katibi Yens Stoltenberq dürüst və prinsipal hərəkət edir”.
“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Anadolu”ya müsahibəsində söyləyib.
“Baş katib həmçinin İsveç və Finlandiyanın NATO-ya üzv olmasında Türkiyənin narahatlıqlarının qarşılanmasının lazım olduğunu hər dəfə vurğulayır. O, bizimlə də təmasdadır. Prezident Rəcəb Tayyib Ərdoğana da zəng ediblər. Hətta bu həftə 3 ölkə - Türkiyə, Finlandiya və İsveç olaraq iclas keçirməyə təklif ediblər”, - XİN başçısı qeyd edib.