USQ Rusiyaya məxsus “İsgəndər-M” raket kompleksini məhv etdi


Çerniqov istiqamətində Ukrayna Silahlı Qüvvələri "İsgəndər-M” ballistik operativ-taktiki raket kompleksinin diviziyasını məhv edib.


Qaynarinfo Unian-a istinadla xəbər verir ki, bu barədə cümə axşamı, martın 10-da günortadan sonra "Şimal” əməliyyat komandanlığından məlumat verilib.

"Çerniqov istiqamətində "Sever” əməliyyat komandanlığının bölmələrindən biri dinc əhaliyə atəş açan "İsgəndər-M” diviziyasını məhv edib”, - məlumatda deyilir.

Bundan əvvəl Kiyev vilayətində 72-ci motoatıcı briqada ilə rus işğalçıları arasında gedən şiddətli döyüş videoya çəkilib. Elə səhər saatlarından Ukrayna hərbçilərinin əks-hücuma keçdiyi xəbərləri gəlməyə başlayıb. Gecə çətin keçib, səhər döyüşlər davam edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu