Ukrayna Türkiyədən Dardanel boğazını bağlamağı tələb etdi


Ukrayna Türkiyədən Dardanel boğazını bağlamağı tələb edib.


Bu barədə Ukraynanın Türkiyədəki səfiri Vasili Bondar bildirib.

“İndi Ukraynaya hansı cür dəstəyin göstərilməsi vacibdir. Türkiyə administrasiyasına müraciət edirəm, xahiş edirəm, Ukraynaya kömək edin. Biz Dardanel boğazının bağlanmasını tələb edirik. Biz istəyirik ki, sanksiyalar Rusiya tərəfinə tətbiq edilsin. Biz burada Rusiya aksiyalarına həbs qoyulmasını tələb edirik. Müdafiə silahının verilməsi yolu ilə bizə göstəriləcək dəstək də vacibdir”, - “Yeni Şafak” qəzeti səfirin sözlərini sitat gətirir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu