Bələdiyyə sədrinin qardaşı həmyerlisini güllələdi

İmişli rayonunda güllələnmə hadisəsi baş verib.
DİN-in Mətbuat xidmətindən AFN.az-a bildirilib ki, rayon polis şöbəsinə fevralın 22-də Bəhrəmtəpə qəsəbə sakini X.İbrahimovun tüfənglə Buludlu kənd sakini N.Xankişiyevin ayaq nahiyəsinə xəsarət yetirməsi barədə məlumat daxil olub.
X.İbrahimov saxlanılıb və ondan müvafiq sənədləri olan “İJ-58” markalı ov tüfəngi götürülüb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.
Qeyd edək ki, X.İbrahimovun Bəhrəmtəpə qəsəbə bələdiyyəsinin sədri İman İbrahimovun qardaşı olduğu bildirilir.