NATO-nun Baş katibi Türkiyə Prezidentinə təşəkkür edib
NATO-nun Baş katibi Yens Stoltenberq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.
O, bununla bağlı tviter hesabında yazıb. Y.Stoltenberq Ərdoğanla telefonla danışdığını qeyd edib: "Ukrayna ətrafındakı məsələni müzakirə etdik. Siyasi həll yolu tapmaqda göstərdiyi fəal dəstəyə və şəxsi iştirakına görə ona təşəkkür etdim. Türkiyənin Ukraynaya dəstəyini alqışladım”.