Müxbiri canlı yayımda maşın vurdu - VİDEO


ABŞ-ın Qərbi Virciniya ştatında canlı yayım zamanı “WSAZ” telekanalının müxbiri Tori Yorqini maşın vurub.


Hadisənin görüntülərini amerikalı jurnalist Li Key Hovard öz tviter hesabında paylaşıb.

Videodan görünür ki, reportaj zamanı avtomobil müxbiri vurur və o, zərbənin təsirindən yerə yıxılır. Lakin insidentdən cəmi bir neçə saniyə sonra müxbir ayağa qalxır və yayıma davam edir.

O, həmçinin vəziyyətinin yaxşı olduğunu, ciddi travma almadığını qeyd edib.

“Bütün həyatım gözümün önündən keçdi”, – deyə Tori Yorqi əlavə edib. (Qafqazinfo)




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu