Bayden Çinin böyük problemlərindən danışıb
ABŞ prezidenti Co Bayden iyunun 27-də Merilend ştatında tərəfdarları ilə görüşdə çıxışı zamanı Çinin böyük problemlərinin olduğunu bildirib.
Bu barədə Newsweek-in müxbiri Daniel Buş yazıb.
Baydenin seçki kampaniyasına vəsait toplamaq üçün nəzərdə tutulmuş tədbiri təsvir edən jurnalist, Amerika liderinin demokratiyanın təkcə ABŞ-da deyil, bütün dünyada təhlükə altında olduğunu, habelə onun ölkəyə və onun hüdudlarından kənara vurduğu ziyanla bağlı sözlərini çatdırıb. Daha sonra Bayden diqqətini Çinə çevirib və ölkənin böyük problemləri olduğunu söyləyib, lakin detallara varmayacağını bildirib.