Bayden seçki kampaniyasını TikTok-da davam etdirir


ABŞ prezidenti Co Bayden noyabrın 5-də keçiriləcək prezident seçkiləri ilə bağlı kampaniyasını davam etdirmək üçün sosial media platforması TikTok-a daxil olub.



“The Hill” xəbər verir ki, Bayden dünən ilk dəfə “@bidenhq” adlı TikTok hesabında bir video yayımlayaraq seçki kampaniyası üçün gənc seçicilərin diqqətini çəkməyə çalışıb.

Bayden ölkənin ən böyük idman təşkilatlarından biri olan Amerika Futbol Liqasının (NFL) çempionluq mübarizəsi olan "Super Bowl"la bağlı sual-cavab videosu yayımlayıb.

Evdə "Super Bowl"a baxarkən oyunla bağlı sualları cavablandırdığı 30 saniyəlik videoda Bayden özü, yoxsa ABŞ-ın keçmiş prezidenti Donald Tramp olduğunu soruşduqda gülərək "Zarafat edirsən? Bayden!" deyə cavab verib.

NBC News-a danışan Baydenin seçki kampaniyası məsləhətçiləri də Prezidentin TikTok hesabının tətbiqin ən böyük auditoriyasını təşkil edən gəncləri seçici kimi cəlb etmək səyinin bir hissəsi olduğunu qiymətləndirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu