Bayden Putini təhqir etdi
The Hill-in xəbərinə görə, Bayden Kaliforniya ştatının San-Fransisko şəhərində iştirak etdiyi xeyriyyə tədbirində seçki kampaniyası zamanı çıxış edib.
Putin və bəzi digər liderlər üzündən nüvə münaqişəsi ilə bağlı daimi bir narahatlıq olduğuna diqqət çəkən Bayden, ən əsas ekzistensial təhlükənin əslində iqlim olduğunu qeyd edib.
Bayden çıxışında Rusiya lideri Putinə qarşı təhqiramiz ifadələr işlədib.
Bayden ABŞ-ın keçmiş prezidenti, seçkilərdə Respublikaçılar Partiyasının namizədi Donald Trampı rusiyalı dissident Aleksey Navalnının həbsxanada ölümü ilə bağlı Putin haqqında danışmadığına görə də tənqid edib.
ABŞ prezidenti Bayden Putini Navalnının ölümünə görə məsuliyyət daşıdığını deyib: "Aleksey Navalnının ölümü ilə bağlı xəbər məni həm təəccübləndirdi, həm də qəzəbləndirdi. Putin onu zəhərlədi, həbs etdirdi və mühakimə etdi. Onu həbsxanaya göndərdi və təcrid etdi".