Putindən onu söyən Baydenə cavab verdi: "Dediklərimə uyğun reaksiyadır"

Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Co Baydenin ona qarşı təhqiramiz ifadələrini dəyərləndirərək cavab verib.
Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Co Baydenin ona qarşı təhqiramiz ifadələr işlətməsini qiymətləndirib. Rusiyalı jurnalist Pavel Zarubinə danışan Putin bir müddət əvvəl verdiyi açıqlamada ABŞ prezidenti olaraq Baydeni Donald Trampdan üstün tutduğunu xatırladıb.
Baydenin açıqlamasını istehzalı gülüşlə dəyərləndirən Putin, "Məndən ABŞ-ın növbəti prezidentinə üstünlük verdiyimizi soruşanda dedim ki, hər kəslə işləyə bilərik. Bununla belə, Baydenin bizim üçün, Rusiya üçün daha yaxşı olduğunu söylədim. Bayden mənim tamamilə haqlı olduğumu deyib. Çünki bu, dediklərimə uyğun bir reaksiyadır” deyə vurğulayıb.
Baydendən təşəkkür gözləmədiyini ifadə edən Putin, "O, mənə "Afərin Volodya, köməyin üçün təşəkkür edirəm" deyə bilməz. Biz orada baş verənləri daxili siyasət baxımından anlayırıq" deyib.
Putin bir daha prezident kimi Baydenə üstünlük verdiyini qeyd edib.