Bu hesabat muzdlu döyüşçülərin düşmən ordusunda olmasını sübut edir - Hikmət Hacıyev


“Jurnalistin hesabatı erməni mənşəli Fransa vətəndaşlarının muzdlu döyüşçülər kimi Ermənistan ordusunun sıralarında olduğunu və Azərbaycanın mülki əhalisinə və ordusuna hücum etdiyini sübut edir”.



Bunu Prezidentin köməkçisi Hikmət Hacıyev öz tvitter hesabında “Novaya qazeta”da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırladığı reportaja münasibətində deyib.

“Azərbaycanı ittiham etmək əvəzinə, həmin ölkələri öz vətəndaşlarını dayandırmaq üçün tədbirlər görməyə çağırırıq”, - deyə Prezidentin köməkçisi yazıb.

Qeyd edək ki, “Novaya Gazeta”nın Dağlıq Qarabağ bölgəsinə ezam olunan müxbiri Ermənistanda əsgərlərin silah və geyim formaları çatışmazlığı yaşaması və cəbhədəki vəziyyətin acınacaqlı olduğunu yazıblar. Onlar Fransadan qanunsuz yolla Ermənistanın işğal etdiyi Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə gələn, daha sonra isə Gümrü şəhərinə qayıdan Artur Oqanisyanın da qəzetə açıqlamasını dərc ediblər. O, müsahibəsində Ermənistan hakimiyyətinin xalqı aldatmasını, 18 yaşlı əsgərləri bir avtomatla cəbhəyə göndərməsini deyib.

Reportaj sözügedən qəzetdə dərc olunduqdan sonra Ermənistan Xarici İşlər Nazirliyi “Novaya qazeta”nın Dağlıq Qarabağa ezam olunmuş müxbiri İlya Azarın akkreditasiyasını ləğv edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu