“Ədaləti müdafiə edən ölkələri Azərbaycanı dəstəkləməyə çağırırıq”


“Ədaləti və bərabərliyi müdafiə edən bütün ölkələri Azərbaycanı dəstəkləməyə çağırırıq”.



Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-Afrika İqtisadi Forumunun açılışındakı çıxışında Dağlıq Qarabağ məsələsinə toxunarkən deyib.

“Ermənistanın Azərbaycana hücumları səbəbindən Dağlıq Qarabağ bölgəsində gərgin toqquşmalar baş verir. Dağlıq Qarabağ Ermənistanın 30 ilə yaxındır işğal etdiyi Azərbaycan ərazisidir. Qərarlar və çağırışlara baxmayaraq, Ermənistan bu torpaqlardan çəkilmədi, Minsk qrupu isə problemi həll etmək üçün iradə göstərmədi.

Ermənistanın uzlaşmaya getməyən və şıltaq münasibəti sayəsində 30 ildir qanqrenaya çevrilən bu problemin həlli işğalın sonudur. İşğalın qanuniləşdirilməsi təkliflərinin ərazidə tətbiq olunma şansı artıq yoxdur. Görürük ki, Azərbaycan torpaqlarını azad etmək üçün çox əzmlidir.

Türkiyə olaraq Azərbaycanın haqq işini dəstəkləyirik. Ədaləti və bərabərliyi müdafiə edən bütün ölkələri Azərbaycanı dəstəkləməyə çağırırıq”,-deyə Ərdoğan qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu